Vüqar Həşimov rus şahmatçı ilə qarşılaşacaq
04 İyun 2009 Cümə Axşamı 15:30
Təmsilçimiz Anatoli Karpovun şərəfinə keçirilən ənənəvi beynəlxalq turnirin ikinci turunda Sergey Rublyovski ilə üz-üzə gələcək

 

Rusiyanın Surqut şəhərində veteran şahmatçı Anatoli Karpovun şərəfinə keçirilən ənənəvi beynəlxalq turnir davam edir. Bu gün yarışda ikinci turun oyunlarına start veriləcək. Turnirdə ölkəmizin idman şərəfini qoruyan beynəlxalq qrossmeyster Vüqar Həşimov bu dəfə autsayder, rusiyalı Sergey Rublyovski ilə qarşılaşacaq.  

Xatırladaq ki, Anatoli Karpovun şərəf turnirinin ilk oyun günündə Vüqar Həşimov, İsraildən olan Viorel Boloqanı məğlub etmişdi. Dairəvi sistem üzrə keçirilən yarışa iyun ayının 12-də yekun vurulacaq. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar