Vüqar Həşimov rus şahmatçı ilə heç-heçə oynayıb
05 İyun 2009 Cümə 09:10
Rusiyada keçirilən beynəlxalq turnirin ikinci turunda Sergey Rublyovski ilə qarşılaşan Vüqar 26-cı gedişdə heç-heçəyə razılaşıb

Rusiyanın Surqut şəhərində veteran şahmatçı Anatoli Karpovun şərəfinə keçirilən ənənəvi beynəlxalq turnirdə ikinci turun oyunları baş tutub. Yarışda ölkəmizi təmsil edən beynəlxalq qrossmeyster Vüqar Həşimov autsayder, rusiyalı Sergey Rublyovski ilə ağ-qara lövhədə üz-üzə gəlib. Tərəflər 26-cı gedişdə heç-heçəyə razılaşıblar. Bu gün keçiriləcək 3-cü turda Vüqar Həşimovun rəqibi, Amerika təmsilçisi Aleksandr Anişuk olacaq. Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən yarışa iyun ayının 12-də yekun vurulacaq. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar