Voleybolda qələbə qazandıq
26 Avqust 2009 Çərşənbə 10:40
Komandamız Türkiyədə beynəlxalq turnirdə qüvvəsini sınayır
Türkiyənin İzmir şəhərində keçirilən qadınlardan ibarət voleybol yığma komandalarının turnirində Azərbaycan milli komandası İspaniya yığmasıını 3-0 hesabı ilə məğlub edib. Birinci seti 26-24 hesabı ilə başa vuran voleybolçu qızlarımız sonrakı iki setdə 25-17 və 25-18 hesabı ilə qələbə qazanıblar. Bu, ispanların turnirdə ikinci məğlubiyyəti olub. Onlar ilk maçtda Türkiyə yığmasına da, 3-0 hesabı ilə uduzublar. Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası növbəti oyununu bu gün Türkiyə voleybolçularına qarşı keçirəcək.
 
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar