Voleybolçularımız qalib
12 Sentyabr 2009 Şənbə 13:20
Voleybolçularımız Türkiyə millisini məğlub etdilər. Belarusda keçirilən turnirdə komandamız ilk görüşdə qələbə qazanıb
Azərbaycanın qadınlardan ibarət yığma voleybol komandası Belarusun Mogilyov şəhərində keçirilən beynəlxalq turnirə qələbə ilə başlayıb. Baş məşqçi Faiq Qarayevin yetirmələri ilk görüşdə Türkiyə millisini 3:1 hesabı ilə məğlub ediblər.
Azərbaycan yığması növbəti görüşünü Ukrayna, daha sonra isə Belarus komandasına qarşı keçirəcək. Turnir başa çatdıqan sonra Azərbaycan və Belarus komandalarının Baranoviçi şəhərində birgə təlim–məşq toplanışı təşkil olunacaq. Azərbaycan yığması burada Belarus çempionatının gümüş mükafatçısı “Minçanka” komandası ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar