Voleybolçu qadınlarımızdan təsəlliverici qələbə
20 İyul 2009 Bazar Ertəsi 12:50
Dünya çempionatının final mərhələsinə isə Almaniya və Hollondiya voleybolçuları yüksəliblər

 

Qadın voleybolçulardan ibarət yığma komandamız dünya çempionatının final mərhələsindən kənarda qalıb. Beynəlxalq Voleybol Federasiyasının rəsmi internet saytında verilən məlumata əsasən, millimiz Avropa zonasının sonuncu təsnifat mərhələsi çərçivəsində son matçını Sloveniyaya qarşı keçirib. İlk iki görüşdə Almaniya və meydan sahibi Hollandiyaya məğlub olaraq bütün şanslarını itirən zəriflərimiz üçüncü oyununu qələbə ilə başa vurub. Slovenlər üzərində qazanılan 3:2 hesablı qələbə həmyerlilərimizə təsəllidən başqa heç nə verməyib. Dünya çempionatının final mərhələsinə isə Almaniya və Hollondiya voleybolçuları yüksəliblər. Mundial gələn il 29 oktyabr - 14 noyabr aralığında Yaponiyada keçiriləcək.

Gəray Qiyasov /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar