Ukraynalı futbolçu “Barselona”ya keçdi
26 Avqust 2009 Çərşənbə 18:35
Ukraynalı futbolçu Dmitri Çiqrinskini “Barselona”ya keçdi. “Şaxtyor”un müdafiəçisi İspaniyaya yollanır
İspaniyanın “Barselona” klubu Ukraynanın “Şaxtyor” klubunda çıxış edən müdafiəçi Dmitri Çiqrinskini transfer edib. Ukraynalı müdafiəçi “Barselona” ilə 5 illik müqaviləyə imza atıb.

Dmitri Çiqrinskinin İspaniyada illik qazancı 1,2 millyon avro olacaq. Bu məbləğ Dmitri Çiqrinskinin Donetsk klubunda aldığı puldan daha azdır.

Qeyd edk ki, “Barselona”nın baş məşqçisi Pep Qvardiola hələ ötən mövsüm ukraynalı müdafiəçini öz komandasında görməyi arzulayırdı. lakin Dmitri Çiqrinski Çempionlar Liqasında katalonlara kömək edə bilməyəcək. Buna səbəb Dmitri Çiqrinskinin “Şaxtyor”un heyətində Çempionlar Liqasında meydana çıxmasıdır.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar