UEFA Çempiolar Liqası nəticələri
16 Sentyabr 2009 Çərşənbə 03:40
Qrup mərhələsinin ilk oyunları qonaq klubların xal əldə etməsi ilə yadda qalıb
Ötən axşam UEFA Çempionlar Liqasının qrup mərhələsində ilk oyunlar keçirilib. Türkiyənin “Beşiktaş” klubu öz meydanında İngiltərənin “Mançestr Yunayted” komandası ilə qarşılaşıb. Oyunun birinci hissəsində komandalardan heç biri fərqlənə bilməyib. Amma qonaqlar türkləri 77-ci dəqiqədə məyus edə biliblər. Pol Skolzun qolu qarşılaşmada yeganə olub.
Ümumiyyətlə, qrup mərhələsinin ilk oyunları qonaq klubların xal əldə etməsi ilə yadda qalıb.

A qrupu
Yuventus-Bordo 1:1
Makkabi Hayfa-Bayer 0:3

B qrupu
Beşiktaş-Mançestr Yunayted 0:1
Volsburq-ÇSKA 3:1

C qrupu
Marsel-Milan 1:2
Sürix-Real (Madrid) 2:5

D qrupu
Atletiko (Madrid)-APOEL 0:0
Çelsi-Porto 1:0

Qrup mərhələsinin növbəti oyunları sentoyabrın 29-30-da keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar