Türkiyə - Ermənistan matçı Bursa şəhərində keçiriləcək
18 İyul 2009 Şənbə 11:45
Oyunun başlama vaxtı və biletlərin qiyməti isə hələ məlum deyil

 

Türkiyə A milli komandasının 2010-cu il Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Ermənistana qarşı oynayacağı matç Kayseridə yox, Bursada keçiriləcək. CNN Türk-ün verdiyi məlumata əsasən, oktyabrın 14-də baş tutacaq qarşılaşma “Bursa Atatürk” stadionunda keçiriləcək. Oyunun başlama vaxtı və biletlərin qiymətləri hələ məlum deyil.

Xatırladaq ki, bundan əvvəl matçın Türkiyə prezidenti Abdulla Gülün doğma şəhəri olan Kayseridə keçiriləcəyi bildirilirdi.  

Gəray Qiyasov /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar