Türkiyə-Azərbaycan matçının biletləri satışa çıxarılır
27 May 2009 Çərşənbə 13:50
Biletlərin qiyməti 2-10 Türk lirəsi arasında dəyişir

İyunun 2-də Kayseridə keçiriləcək Türkiyə-Azərbaycan matçının biletləri satışa çıxarılır. Türkiyə Futbol Federasiyasından verilən açıqlamaya görə, iyunun 2-də Kayseri şəhərindəki “Kadir Has” stadionunda keçiriləcək Türkiyə-Azərbaycan matçın biletləri mayın 29-da satışa çıxarılır. Mayın 29-da saat 13.00-dan etibarən satışa çıxaraılacaq biletlərin qiyməti 2-10 Türk lirəsi arasında dəyişir. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar