Teymur Rəcəbov mübarizəyə başlayır
13 İyun 2009 Şənbə 09:50
Şahmatçımız Rumıniyanın Bazna şəhərində start götürəcək beynəlxalq turnirdə mübarizə aparacaq

 

Bu gün Rumıniyanın Bazna şəhərində şahmat üzrə beynəlxalq turnir start götürəcək. Yarışda ölkəmizin idman şərəfini beynəlxalq qrossmeyster Teymur Rəcəbov qoruyacaq. Şahmatçımız qalib adı uğrunda Vasili İvançuk, Aleksey Şirov, Boris Gelfand, Qata Kamski və Diter Nisipyanu ilə mübarizə aparacaq. İki dövrədən ibarət yarışa iyun ayının 25-də yekun vurulacaq. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar