Təxirə salınmış oyunların vaxtı müəyyənləşib
17 Avqust 2009 Bazar Ertəsi 16:20
“Qarabağ”-“Standart”, “Bakı”-“Xəzər-Lənkəran” matçlarının keçirilmə vaxtı avqustun 20-dən sonra elan ediləcək

 

Futbol üzrə XVIII Azərbaycan çempionatının ilk turunda baş tutmalı olan “Bakı”-“Xəzər-Lənkəran” və “Qarabağ”- “Standart” oyunları “Bakı” və “Qarabağ”-ın Avropa Liqalarındakı qarşılaşmalarına görə təxirə salınmışdı.

Peşəkar Futbol Liqasından ANS PRESS-ə verilən məlumata görə, bu oyunların keçiriləcəyi vaxt qurum tərəfindən artıq müəyyənləşdirilib. Klublarımızın Avropa Liqasındakı oyunlarından sonra Peşəkar Futbol Liqası bu matçların keçirilmə vaxtlarını ictimaiyyətə açıqlayacaq. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar