Taekvandoçularımız İrandan 9 medalla dönüblər
15 Aprel 2009 Çərşənbə 11:50
Turnirdə qazanılmış 9 medaldan 8-i qadın taekvandoçularımızın aktivindədir

 

İranda keçirilən Taekvando üzrə beynəlxalq Fəcr turniri başa çatıb. Azərbaycan taekvandoçuları İrandan 9 medalla qayıdıblar. Turnirdə qazanılmış 9 medaldan 8-i qadın taekvandoçularımızın aktivindədir. Qadın taekvandoçularımızdan ən yaxşı nəticəni 67 kq çəki dərəcəsində çıxış etmiş Yelena Abbasova göstərib. Həmyerlimiz yalnız finalda məğlub olaraq, gümüş medalla kifayətlənib.

Nübar Hacıyeva, Aygül Əliyeva, Aygül Abdullayeva, Şəfiqə Karqar, Nigar Hacıyeva, Arzu Bağırova və Günay Ağakişiyeva isə Fəcr turnirinin bürünc medalını qazanaıblar. Bu nəticə ilə qadınlardan ibarət Azərbaycan milli komandası Fəcr turnirində 6 ölkə arasında 3-cü olub.

Kişilərin yarışına gəlincə, 58 kq-da mübarizə aparmış Samir Aydınov finala qədər uğurla irəliləsə də, həlledici döyüşdə rəqibini üstələyə bilməyib və 2-ci olub.

Qeyd edək ki, 21-ci dəfə keçirilən Fəcr turnirində Azərbaycan, Rusiya, Tunis, Əfqanıstan, Küveyt və meydan sahibi İran taekvandoçuları mübarizə aparıblar. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar