Taekvandoçuları İrandan 3 medalla dönür
27 Fevral 2014 Cümə Axşamı 10:04
Elnur Amanovun rəhbərliyi ilə İrana yollanan millimiz, aktivinə 3 medal əlavə edib.
Kişilərdən ibarət yığma komanda 24-26 fevral 2014-cü il tarixlərində İranın paytaxtı Tehran şəhərində keçirilən 25-ci Fəcr Açıq Çempionatında (“Fajr İnternational Open”) uğurlu nəticə əldə edib.

Taekvando Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, baş məşqçisi,əməkdar məşqçi Ələkbər İmaməliyev və böyük məşqçi Elnur Amanovun rəhbərliyi ilə İrana yollanan millimiz, aktivinə 3 medal əlavə edib.

Belə ki, Olimpiya çəki dərəcələrində mübarizə aparan komandamızın heyətində Radik İsayev (80+ kq) qızıl, Fariz Əliyev (-68 kq) gümüş, Elvin Məmmədov (-68 kq) isə bürünc medal qazanıb.




DOSTLARINLA PAYLAŞ:

oyunlar