Serena Williams yene qalib geldi
09 Sentyabr 2013 Bazar Ertəsi 23:09
Amerikalı tennisçi Serena Williams Amerikanın açıq çempionatının qalibi olub.
Tennis üzrə Amerikanın açıq çempionatının qalibi Serena Williams olub. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, qadınlar arasında keçirilən çempionatın finalında Serena Williams belaruslu rəqibi Viktoriya Azarenkonu 7:5, 6:7-6:8, 6:1 hesabı ilə məğlub edib.

Bununla Ulyams turnirin 5-ci dəfə qalibi adını qazanıb. 2012-ci ildə Serena Azarenkonu final matçında məğlub edib.
"Viktoriya Azarenko- çox güclü rəqibdir və əsl döyüşçüdür"- deyə Serena Uilyams görüşdən sonra qeyd edib.

















DOSTLARINLA PAYLAŞ:

oyunlar