Şaolin döyüşü üzrə Azərbaycan çempionatı keçirilib
10 May 2009 Bazar 10:05
Şaolin döyüşü üzrə Azərbaycan birinciliyində paytaxt idmançıları ilə yanaşı, Qax, Şəki və Beyləqandan gəlmiş şao-lin ustaları da mübarizə aparıb

Gənclik Olimpiya kompleksində Şao-lin döyüşü üzrə 1-ci Azərbaycan çempionatı keçirilib. Heydər Əliyevin anadan olmasının 86 illiyinə həsr olunmuş Azərbaycan birinciliyində ümumilikdə 22 komandanı təmsil edən 168 idmançı mübarizə aparıb. Ölkə çempionatında paytaxt idmançıları ilə yanaşı, Qax, Şəki və Beyləqandan gəlmiş şao-lin ustaları da bacarıqlarını nümayiş etdiriblər. Yeniyetmələrin yarışında Nicat Ağamalıyev, Murad Əlizadə, Şahin Dərgahzadə və Cavanşir Şahgəldiyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gənclərdən isə Pərviz Orucov, Orman Nəbiyev, Tural Xəlilli, Vüqar Əzimov, Rəcəb Rzayev və Vüsal Şamxalov bütün rəqiblərinə qalib gələrək ölkə çempionu adını qazanıblar. Qeyd edək ki, Azərbaycan çempionatının qalibləri may ayının 27-30-u aralığında Misirdə keçiriləcək Dünya çempionatında ölkəmizin idman şərəfini qoruyacaqlar. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar