Sambo üzrə çempionat başa çatıb
06 Mart 2009 Cümə 22:10
Çempionatda bütün çəki dərəcələrində "Neftçi" cəmiyyətinin yetirmələri fərqləniblər

Sambo üzrə Azərbaycan çempionatı başa çatdı. Əlbəyaxa döyüş ustalarımız iki gün davam edən yarışlarda 9 çəki dərəcəsinin qaliblərini müəyyən ediblər. Ən aşağı çəkidə Sumqayıt güləşçisi Əfqan Abdullayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 57 kq. çəki dərəcəsində paytaxt təmsilçisi İslam Qasımov, 62 kq.-dək olan güləşçilərin yarışında Yaşar Abbasov, 68 kq. çəki dərəcəsində Mobil Hüseynov, orta ağır çəkidə Araz Muxtarov, 82 kq. çəki dərəcəsində isə Zaur Paşayev qalib olub. Qeyd edək ki, bütün bu çəki dərəcələrində "Neftçi" cəmiyyətinin yetirmələri fərqləniblər. 90 kq. çəki dərəcəsində sərhəd qoşunlarının təmsilçisi Asif Səfərbəyov, onun qardaşı, eynilə Sərhəd Qoşunlarında xidmət edən Vasif Səfərbəyov isə ən ağırların döyüşündə qələbə qazanıb. 100 kq.-da isə Anar Əliyev fəndlərinin dəqiqliyi ilə seçilib. Aprel ayında usta samboçulardan ibarət yığmamız Rusiyanın paytaxtı Moskvada təşkil olunacaq Anatoli Xarlampiyevin xatirə turnirində yarışacaqlar. Bir ay sonra isə millimiz İtaliyanın Milan şəhərində keçiriləcək Avropa çempionatında qüvvəsini sınayacaq. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar