Şahmatda qələbə qazandıq
13 Mart 2009 Cümə 10:30
Qədir Hüseynov Yunanıstan təmsilçisini, Vüqar Rəsulov serbiyalı təmsilçini, Eltac Səfərli isə israilli şahmatçını məğlub edib

 

Serbiyanın Budva şəhərində keçirilən şahmat üzrə Avropa çempionatında 7-ci turun oyunları arxada qalıb. Bu tur yarışda iştirak edən 6 şahmatçımızdan 3-ü qələbə qazanıb. Qədir Hüseynov Yunanıstan təmsilçisi Stelios Halkiası mat edib. Vüqar Rəsulov serbiyalı Nikola Sedlakı məğlub edib. Eltac Səfərli isə israilli həmkarı Anatoli Bıkovskini məğlub edib. Rauf Məmmədovun 7-ci turda qazancı yarım xal olub. Rauf almaniyalı şahmatçı Arkadi Naydiçlə heç-heçə oynayıb. Faiq Ələsgərov rusiyalı Artyom Smirnova məğlub olub. Vasif Durarbəyli isə serbiyalı Branko Stanoyeviçlə oyunda şahının toxunulmazlığını qoruya bilməyib. 7 turdan sonra şahmatçılarımızdan ən yaxşı nəticə Vüqar Rəsulovun aktivindədir. Vüqar topladığı 5 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. Vüqarla eyni miqdirda xal toplamış Qədir Hüseynov və Rauf Məmmədov isə şəxsi əmsallarının aşağı olması səbəbindən müvafiq olaraq 19 və 21-ci yerdədirlər. İndiki halda turnir cədvəlinə 6 xalla ukraynalı şahmatçı Andrey Volokitin başçılıq edir.

Qeyd edək ki, bu gün Avropa çempionatında istirahət günüdür. Sabah isə 8-ci turun görüşləri keçiriləcək. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar