Sabah cüdoçularımız mükafatlandırılacaq
16 Sentyabr 2009 Çərşənbə 17:40
İrəvanda uğurla yarışan idmançılara hədiyyələr veriləcək
Ermənistanın paytaxtı İrəvanda keçirilmiş cüdo üzrə gənclər arasında Avropa çempionatından uğurlu nəticə ilə dönən idmançıları mükafatlandırılacaqlar. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, mükafatlandırılma mərasımı Milli Olimpiya Komitəsində keçiriləcək.

Tədbirdə Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov, MOK, Gənclər və İdman Nazirliyinin rəsmiləri də iştirak edəcəklər. Sabah mükafat alacaq cüdoçular isə Elmar Qasımov (100 kq), İlqar Müşkiyev (55 kq), Rasim Əsədullayev (60 kq), Fəqan Eminoğlu (66 kq) və Ramin Qurbanov (81 kq) olacaq. Cüdo yığmamız 5 idmançı ilə təmsil olunduğu yarışda 5 medala sahib olub və ümumi komanda hesabında 7-ci yeri tutub.



DOSTLARINLA PAYLAŞ:

oyunlar