Ronaldonun ayağı 90 milyon avroya sığortalandı
05 Avqust 2009 Çərşənbə 15:15
Klub rəhbərliyi super ulduzun zədələnəcəyindən ehtiyatlanır

İspaniyanın kral klubu “Real” Madrid yeni supertransferi olan Kriştianu Ronaldonun ayaqlarını 90 milyon avro məbləğində sığortalayıb. ANS PRESS-in “Vesti Sport”a istinadən verdiyi xəbərə görə, “Real” Madrid rəhbərliyi portuqaliyalı super ulduzun “Yuventus”la yoldaşlıq görüşündə zədələnməsindən sonra bu addımı atmaq fikrinə düşüb. Həkimlər isə gələcək oyunlarda Ronaldonun daha ciddi zədə alacağından ehtiyatlanırlar.



DOSTLARINLA PAYLAŞ:

oyunlar