Revan ikinci defe baş meşqçisi ile yollarını ayırdı
05 Oktyabr 2013 Şənbə 22:00
Rehberlik Vladislav Qedirovu istefaya gönderib.
Revan klubu bu mövsüm ikinci dəfə baş məşqçi dəyişikliyi edib. ANS PRESS-in klubun saytına istinadən məlumatına görə, "Rəvan" rəhbərliyi Vladislav Qədirov ilə yolları ayırıb. Rəhbərlik komandanın göstərdiyi nəticələrdən razı qalmayaraq, Qədirovu istefaya göndərib. Qeyd edək ki, "Rəvan" çempionatda aşağı pillələrdə qərarlaşıb, hamıdan çox – 3 dəfə böyük hesabla uduzan paytaxt təmsilçisi son turda “Xəzər Lənkəran”la heç-heçə etsə də, 10 komanda arasında 9-cu pillədə qərarlaşıb.

Yeni baş məşqçinin adına yaxın günlərdə aydınlıq gələcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar