Raykardı Türkiyəyə gətirmək böyük işdir
06 İyun 2009 Şənbə 15:55
"Fənərbaxça"da oynamış hollandiyalı veteran futbolçu Pyer Van Hoydonk, Raykardın "Qalatasaray"ı Avropa komandası edəcəyini deyib

 

Hollandiyalı veteran futbolçu bir neçə il öncə "Fənərbaxça"da çıxış etmiş Pyer Van Hoydonk, Frank Rayakardın "Qalatasaray"ın baş məşqçisi postuna təyin olunmasını sürpriz olaraq qarşıladığını, ancaq bu seçimin çox doğru olduğunu bildirib.
Hollandiyalı futbolçu "Qalatasaray" klubunun prezidenti Adnan Poladın futboldan anlayan prezident olduğunu deyib: "Cənab Polad çox ağıllı seçim edib. "Qalatasaray" üçün böyük qazanc olacaq. Avropa futbolunu çox yaxşı bilən, "Barselona" kimi böyük bir klubda baş məşqçi işləmiş Raykardı Türkiyəyə gətirmək böyük işdir."
"Qalatasaray"lı futbolçuların Raykarddan çox şeylər öyrənəcəyini deyən hollandiyalı veteran futbolçu, "Qalatasarayı Avropa komandası edəcəyini bildirib. "Çempionatda uyğunluq problemi yaşayacağına inanmıram Amma mətbuat da onu bezdirməməlidir." /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar