Rafael Nadal ''Queen's Club'' turnirinə qatılmayacaq
06 İyun 2009 Şənbə 12:25
İspaniyalı tennisçi bunun zədəsi ilə bağlı olduğunu bildirib

 

Dünyanın 1 nömrəli tennisçisi ispaniyalı Rafael Nadal, dizindəki zədə səbəbindən ''Queen's Club'' tennis turnirinə qatılmayacağını açıqlayıb. İspan tennisçi, Vimbledon turnirinə qədər olan müddətdə istirahət edərək, Vimbledona daha hazırlıqlı başlamaq istədiyini bildirib.
Xatırladaq ki, Rafael Nadal ötən il keçirilən ''Queen's Club'' turnirin filnalında serbiyalı Novak Cokoviçi 7-6 ve 7-5-lik setlərlə 2-0 məğlub edərək çempion olmuşdu. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar