Qaradərililər Azərbaycan adından yarışacaqlar
08 Sentyabr 2009 Çərşənbə Axşamı 13:45
Afrikalılar ölkəmizi təmsil edəcəklər
Yüngül Atletika üzrə komandamızın heyətinə afrikalı gənclər cəlb ediliblər. Bu barədə məlumatı Yüngül Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə bildirib. Komandamızın heyətinə cəlb edilən qaçışçılar efiopiyalı sprinterlərdir. Çingiz Hüseynzadə afrikalı idmançıların artıq Azərbaycan vətəndaşlıqlarını qəbul etdiklərini və üzümüzə gələn yarışlarda onların ölkəmizi təmsil edəcəklərini qeyd edib. Yüngül Atletika Federasiyasının prezidenti bu idmançıların əsasən Olimpiya oyunlarında uğurla çıxış etmək üçün komandamızın heyətinə cəlb olunduqlarını bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar