“Qarabağ” və “Bakı”nın rəqibləri
07 Avqust 2009 Cümə 17:05
Hollandiya və İsveçrə təmsilçiləri klublarımıza rəqib oldular

Bir qədər əvvəl İsveçrənin Nyon şəhərində püşkatma mərasimi yekunlaşıb. “ANS PRESS”in uefa.com-a istinadən verdiyi məlumata görə, Çempionlar Liqası və Avropa Liqasının pley-off mərhələsində yarışacaq komandalar müəyyənləşiblər.  “Qarabağ” ın rəqibi Hollandiyanın məşhur “Tvente” klubudur. “Bakı” futbol klubunun rəqibi isə İsveçrənin “Bazel” klubu olub. Pley-off-un ilk oyunları avqustun 20-də, cavab qarşılaşmaları isə avqustun 27-də olacaq. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar