"Qarabağ" klubunda daha bir transfer reallaşıb
17 İyun 2009 Çərşənbə 12:05
Cəmşid Məhərrəmovla 2 illik müqavilə imzalanıb

Futbol üzrə Azərbaycan Kubokunun qalibi bu mövsüm Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Qarabağ" daha bir transfer reallaşdırıb. Klubun rəsmi saytının xəbərinə görə, Vüqar Nadirovun ardınca klubun daha bir yetirməsi Cəmşid Məhərrəmov da "Qarabağ"a geri dönüb. Azərbaycan A Milli komandasında çıxış edən Cəmşid Məhərrəmovla 2 illik müqavilə imzalanıb.

“Qarabağ”a transferi ilə bağlı açıqlama verən milli futbolçu sevindiyini deyib: “Təbii ki, “Qarabağ”a dönüşümə görə sevinirəm. “Bakı”nı tərk etməyimdə tək səbəb qarabağlı və “Qarabağ” yetriməsi olmağımdır. “Bakı”da çempion olmuşam. Bu komandanın mənə verdiklərinə görə təşəkkür edirəm. ” /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar