Qarabağ klubu Hollandiyadadır
19 Avqust 2009 Çərşənbə 11:35
Qarabağ klubu futbolçuları bu gün oyunun keçiriləcəyi stadionda məşq edəcəklər.

 

Sabah Ağdamın “Qarabağ” klubu Avropa Liqasının pley-off mərhələsinin ilk qarşılaşmasına çıxacaq. Dünən Bakıdan yola düşən futbolçularımız artıq oyunun keçiriləcəyi Hollandiyanın Enşede şəhərinə yetişiblər.

Klubun mətbuat xidmətindən ANS PRESS-ə verilən məəlumata görə, “Qarabağ”-ın 36 nəfərdəən ibarət heyəti Bakıdan təyyarə ilə yola düşdükdən 5 saat sonra Almaniyanın Münster şəhərinə çatıb. Burada “Qarabağ“ futbol klubunun üzvlərini "Tvente"nin nümayəndə heyəti qarşılayaraq, klubun şəxsi avtubusu ilə Enşede şəhərinə yola salıblar. Enşadedə otelə yerləşdirilən futbolçularımız bu gün 20:00-da oyunun keçiriləcəyi stadionda ilk məşqə çıxacaqlar. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar