Qarabağ klubu Ağdama qayıtmaq istəyir
15 Aprel 2009 Çərşənbə 13:00
Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən stadion Peşəkar Futbol Liqasının (PFL) tələblərinə uyğun gələrsə,"Qarabağ" ev oyunlarını bu stadionda keçirə bilər

Ağdam şəhəri işğal olunduqdan sonra Bakıda məskunlaşan Ağdamın "Qarabağ" klubu, yenidən ev oyunlarını Ağdamda keçirmək istəyir. Klub rəhbərliyi ev oyunlarının Ağdam rayonunda keçirilməsi ilə bağlı Ağdam rayon İcra Hakimiyyətinin başçısı Həsən Sarıyevə və AFFA prezidenti Rövnəq Abdullayevə müraciət edib. Bu məsələ ilə bağlı  AFFA-nın rəsmi saytına açıqlama verən AFFA-nın baş katibi Elxan Məmmədov, "Qarabağ"ın ev oyunlarını Ağdamda keçirmək istəyini müsbət addım kimi qiymətləndirib: “Regionlarda futbolun inkişafı, kütləviliyinin artırılması baxımından “Qarabağ” klubunun ev oyunlarının Ağdam rayonunda keçirilməsinə AFFA rəhbərliyi müsbət yanaşır. Bununla bağlı Ağdam rayon İcra Hakimiyyəti AFFA-ya müraciət edib. Əgər Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən stadion Peşəkar Futbol Liqasının (PFL) tələblərinə uyğun gələrsə, AFFA rəhbərliyi “Qarabağ” klubunun ev oyunlarının həmin stadionda keçirilməsini müsbət addım sayır”. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar