Qalatasarayın baş məşqçisi Frank Raykaard olub
05 İyun 2009 Cümə 14:25
Türkiyənin və Avropanın ən böyük idman klublarından biri olan “Qalatasaray”ın futbol komandasının yeni baş məşqçisi bəlli olub. Frank Raykaard
APA-nın “Qalatasaray”ın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu vəzifəyə məşhur hollandiyalı mütəxəssis Frank Raykaard gətirilib. F. Raykaard bu gün İstanbula gələrək medianın qarşısında klubla rəsmi müqaviləyə imza atacaq.

F. Raykaard 1962-ci ildə doğulub. Futbolçu kimi vətəni Hollandiyanın “Ayaks”, Portuqaliyanın “Sportinq”, İspaniyanın “Real” (Saraqosa) və İtaliyanın “Milan” komandalarında oynayıb. Hollandiya milli komandasında 73 dəfə forma geyib. Məşqçi kimi Hollandiya yığmasını, eyni ölkənin “Saparta” (Rotterdam) komandasını və son olaraq “Barselona”nı çalışdırıb.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar