Qalatasaray baş məşqçisiz qaldı
03 İyun 2009 Çərşənbə 16:15
Klub rəhbərliyi baş məşqçi Bülənt Qorxmazın istefa ərizəsini qəbul edib

 

Türkiyənin "Qalatasaray" klubu baş məşqçi Bülənt Qorxmazla yollarını ayırıb. "Qalatasaray" rəhbərliyi klubun rəsmi saytında verdiyi açıqlamada, baş məşqçi Bülənt Qorxmazın komandadan göndərildiyi bildirilib.

"Qalatasaray" klubundan verilən rəsmi açıqlama belədir: ""Qalatasaray" Professional Futbol Klubu 2009-cu il fevralın 24-dən baş məşqçi postunda çalışan Bülənt Qorxmazın rəhbərliyə təqdim etdiyi istefa ərizəsi idarə heyəti tərəfindən qubul edilmişdir”.

"Qalatasaray" rəhbərliyi baş məşqçi postunda çalışdığı müddətdə gördüyü işlərə görə Bülənt Qorxmaza təşəkkürünü bildirib. Klub rəhbərliyi Bülənt Qorxmaza bundan sonrakı karyerasında uğurlar arzulayıb./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar