Qadın voleybolçularımız uduzdu
01 Oktyabr 2009 Cümə Axşamı 10:45
Matç türklərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb
Polşada qadın voleybolçular arasında Avropa çempionatını davam edir. Yarışların 2-ci mərhələsinin 2-ci turunun oyunları dünən gecə saatlarında keçirilib. F qrupunda mübarizə aparan Qadın voleybolçulardan ibarət yığma komandamız Türkiyə komandası ilə üz-üzə gəlib. Avropa Voleybol Federasiyasının rəsmi saytının yaydığı məlumata görə, oyun komandamızın 1:3 hesablı məğlubiyyəti ilə nəticələnib. Voleybolçularımız ilk setdə 23-25, 2-ci setdə 19-25 hesabı ilə məğlub olublar. 3-cü setdə özünə gələn komandamız 27-25 hesabı ilə rəqibini məğlub edib. 4-cü set isə matçda həlledici olub. Türkiyə voleybolçuları bu setdə komandamıza 25-17 hesabı ilə qalib gələrək matçdan 3:1 hesablı qələbə ilə ayrılıblar. Qrupun digər qarşılaşmalarında Almaniya qadın voleybolçularını Serbiyanı 3:2, turnirin favoritlərindən sayılan İtaliya voleybolçuları isə Çexiyanı 3:0 hesabı ilə məğlubiyyətə uğradıblar. E qrupunda keçirilən qarşılaşmalarda isə aşağıdakı nəticələr qeydə alınıb:

Bolqarıstan-İspaniya 3:1 (25-20, 25-16, 21-25, 25-18)
Rusiya-Polşa 1:3 (26-24, 22-25, 22-25, 22-25)
Belçika-Niderland 0:3 (17-25, 19-25, 20-25)


DOSTLARINLA PAYLAŞ:

oyunlar