Premyer Liqa XXII tur matçları
18 Aprel 2009 Şənbə 15:25
Turun mərkəzi matçı "Bakı" ilə "Xəzər-Lənkəran" arasında keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tur matçları start götürəcək. İlk oyun günü 4 qarşılaşma keçiriləcək. Günün və ümumiyyətlə turun mərkəzi matçı turnir cədvəlində 2-ci pillədə qərarlaşan "Bakı" ilə 4-cü pillədəki "Xəzər-Lənkəran" arasında keçiriləcək. "Bakı" bu oyunda qələbə qazanaraq lider "İnter"in xal itirməsini gözləyəcək.
"Xəzər-Lənkəran" isə çempionluq yarışından ayrılmamaq üçün bu qarşılaşmaya mütləq qələbə üçün çıxacaq. Günün digər maraqlı qarşılaşması isə "Olimpik"lə "Simurq" arasında keçiriləcək. Premyer Liqanın lideri "İnter" isə bu tur "Neftçi"ylə qarşılaşacaq. Böyükağa Ağayevin gəlişindən sonra yaxşı çıxış etməyə başlayan "Neftçi" bu matçda imicini qoruyaraq turnir cədvəlində daha yüksək pillələrə yüksəlmək, lider "İnter" isə mövqeyini itirməmək üçün mübarizə aparacaq. Premyer Liqanın XXII turu çərçivəsində keçiriləcək oyunların başlanma saatını və oyunların keçiriləcəyi stadionları diqqətinizə çatdırırıq:

18 aprel (şənbə)
"Xəzər-Lənkəran" - "Bakı"
Başlanma saatı: 18:00
Stadion: Lənkəran şəhər stadionu

"Qəbələ" - "Standard"
Başlanma saatı: 16:00
Stadion: Qəbələ şəhər stadionu

"Olimpik" - "Simurq"

Başlanma saatı: 16:00
Stadion: "Şəfa" stadionu

"Qarabağ" – MOİK

Başlanma saatı: 16:00
Stadion: Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

19 aprel (bazar)
"Bakılı" - "Turan"
Başlanma saatı: 16:00
Stadion: Zabrat qəsəbə stadionu

"Karvan" - "Muğan"
Başlanma saatı: 16:00
Stadion: Yevlax şəhər stadionu

"İnter" - "Neftçi"

Başlanma saatı: 16:00
Stadion: "Şəfa" stadionu

Elvin Rəsul /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar