Premyer Liqa XXI tur matçlarının təqvimi
11 Aprel 2009 Şənbə 13:45
Turun mərkəzi matçı “Neftçi”ylə “Xəzər-Lənkəran” arasında keçiriləcək

 

Bu gün Azərbaycan Premyer Liqasında XXI tur matçlarına start veriləcək. XXI turun mərkəzi matçı Bakıda keçiriləcək. “Neftçi” Tofiq Bəhramov adına Respublika satdionunda “Xəzər-Lənkəran”ı qəbul edəcək. “Böyük Oyun” adlandırılan qarşılaşmanın “Xəzər-Lənkəran” üçün əhəmiyyəti daha böyükdür. 43 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşan Lənkəran təmsilçisi, “Neftçi”ni məğlub edərək çempionluq şanslarını davam etirmək istəyir. Çempion olmaq şansını itirən “Neftçi” isə bu matçda prestij və mümkün qədər yuxarı pillədə qərarlaşmaq üçün mübarizə aparacaq.

Premyer Liqanın lideri “İnter” bu tur autsayder MOİK-lə qarşılaşacaq, ikinci pillədə qərarlaşan “Bakı” isə paytaxt derbisində “Standard”ın qonağı olacaq. Premyer Liqanın XXI turu çərçivəsində keçiriləcək matçların başlanma saatını, stadionları və oyunları idarə edəcək hakimləri diqqətinizə çatdırırıq:

11 aprel, şənbə

"Muğan" - "Qarabağ"
Başlanma saatı: 16.00
Stadion: Salyan Olimpiya İdman Kompleksinin stadionu
Hakim: Vüsal Əliyev

"Simurq" - "Bakılı"
Başlanma saatı: 19.00
Stadion: Zaqatala "Simurq" stadionu
Hakim: Hacıəli Ağayev

"Standard" - "Bakı"
Başlanma saatı: 18.00
Stadion: "Şəfa" stadionu
Hakim: Fariz Yusifov

12 aprel, bazar

"Neftçi" - "Xəzər-Lənkəran"

Başlanma saatı: 19.00
Stadion: Tofiq Bəhramov adına Respublika Stadionu
Hakim: Anar Salmanov

MOİK - "İnter"

Başlanma saatı: 16.00
Stadion: "Şəfa" stadionu
Hakim: Ramil Diniyev

"Turan" - "Karvan"

Başlanma saatı: 16.00
Stadion: Tovuz şəhər stadionu
Hakim: Elçin Məmmədov

"Qəbələ" - "Olimpik"
Başlanma saatı: 16.00
Stadion: Qəbələ şəhər stadionu
Hakim: Rövşən Əhmədov 

Elvin Rəsul/ANSPRESS/ 

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar