Premyer Liqa XX tur təqvimi
04 Aprel 2009 Şənbə 11:00
Turun mərkəzi matçında Premyer Liqanın lideri “Bakı”yla “Olimpik” qarşılaşacaq

 

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tur matçlarına start veriləcək. Turun mərkəzi matçı Bakıda keçiriləcək. Premyer Liqanın lideri “Bakı” klubu paytaxt derbisində “Olimpik”lə qarşılaşacaq. Turnir cədvəlində 2-ci pillədə qərarlaşan “İnter” Şəfa stadionunda Salyanın “Muğan” klubunu qəbul edəcək. “Xəzər-Lənkəran” isə ikinci dövrənin uğurlu komandası “Standard”ı qəbul edəcək. Premyer Liqanın XX turu çərçivəsində keçiriləcək matçların başlanma saatını, stadionları və oyunları idarə edəcək hakimləri diqqətinizə çatdırırıq.

4 aprel, şənbə

"Bakılı" - "Qəbələ"
Başlanma saatı: 16.00
Stadion: Zabrat qəsəbə stadionu
Hakim: Əmrah İbrahimov

"Karvan" - "Simurq"
Başlanma saatı: 16.00
Stadion: Yevlax şəhər stadionu
Hakim: Fariz Yusifov

"İnter" - "Muğan"
Başlanma saatı: 16.00
Stadion: "Şəfa" stadionu
Hakim: Elçin Məmmədov

5 aprel, bazar

"Xəzər-Lənkəran" - "Standard"
Başlanma saatı: 17.00
Stadion: Lənkəran şəhər stadionu
Hakim: İmanxan Sultani

"Olimpik" - "Bakı"
Başlanma saatı: 16.00
Stadion: "Şəfa" stadionu
Hakim: Zöhrab Qədiyev

"Qarabağ" - "Turan"

Başlanma saatı: 16.00
Stadion: T.İsmayılov adına Suraxanı qəsəbə stadionu
Hakim: Anar Salmanov

"Neftçi" - MOİK
Başlanma saatı: 18.00
Stadion: T.Bəhramov adına Respublika stadionu
Hakim: Elçin Səmədli

Elvin Rəsul/ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar