Pavel Nedved keryerasını bitirmək fikrindən daşındı
30 May 2009 Şənbə 17:00
Çex futbolçu "Yuvnetus" klubunun rəhbərliyi ilə görüşdükdən sonra daha 1 il komandada çıxış etməyə razılıq verib

2008/09 mövsümünün sonunda aktiv futbol karyerasına son qoyacağını açıqlayan İtaliyanın "Yuventus" klubunun çexiyalı ulduz futbolçusu Pavel Nedved bu qərarından vaz keçib. Klub rəhbərliyi ilə görüşən 36 yaşlı futbolçu karyerasl ilə vidalaşmaq qərarından daşınıb. Komandada qalması üçün azarkeşlərin etdiyi xahişləri də nəzərə aldığını deyən Nedved, Çempionlar Liqasının qalibi olmaq istədiyini, bunun üçün imkanının olduğunu bildirib.

Yeni müqaviləyə görə "Yuventus"dan 1.7 milyon Avro alacaq futbolçunun maaşı, iştirak edəcəyi matç sayına görə arta da bilər. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar