Olimpiya çempionu uduzdu
18 Avqust 2009 Çərşənbə Axşamı 12:50
Yelena İsinbayeva Dünya Çempionatında mükafatçılar sırasına düşə bilmədi

 

Almaniyanın Berlin şəhərində davam edən Yüngül Atletika üzrə Dünya Çempionatında sensasiya qeydə alınıb. Qadınlar arasında şüvüllə hündürlüyə tullanmaq üzrə ikiqat Olimpiya və ikiqat Dünya Çempionu olan Yelena İsinbayeva yarışda mükafatçılar sırasına düşə bilməyib.

ANS PRESS-in “Ria Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu mövsüm iştirak etdiyi yarışlarda ən yaxşı nəticəsi 5 metr olan rusiyalı atlet Dünya Çempionatında 4,75 metr hündürlükdə qurulmuş maneəni dəf edə bilməyib.

Sonrakı iki cəhdində 4,80 metr hündürlük sifariş edən Yelena İsinbayeva bu cəhdlərində də uğursuzluğa düçar olub.

Qadınlar arasında şüvüllə hündürlüyə tullanmaq üzrə Dünya Çempionu isə 4,75 metr nəticə göstərmiş polşalı Anna Roqovski olub. İkinci yeri başqa bir polşalı yüngül atlet Monika Pırek, üçüncü yeri isə ABŞ-lı Çelsi Conson tutub. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar