“Olimpik-Şüvəlan” “Muğan”ın müqavimətini qıra bilmədi
06 İyul 2009 Bazar Ertəsi 16:45
“Olimpik-Şüvəlan” “Muğan” 1-1 hesabı ilə başa çatan qarşılaşmada hər iki qol ilk hissədə vurulub

 

Quba Olimpiya kompleksində Premyer liqanın yeni mövsümünə hazırlaşan paytaxtın “Olimpik-Şüvəlan” klubu növbəti yoxlama oyununu keçirib. Peşəkar Futbol Liqasının rəsmi saytında verilən məlumata görə, “Muğan” komandası ilə üz-üzə gələn ”təyyarəçilər” Salyan təmsilçisinin müqavimətini qıra bilməyib.

1-1 hesabı ilə başa çatan qarşılaşmada hər iki qol ilk hissədə vurulub. “Olimpik”in heyətinə yeni  transfer olunmuş Anatoliy Doroşov, “Muğan” klubunundan isə Arif İsayev fərqləniblər.


Gəray Qiyasov /ANSPRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar