Neftçi klubu 2 futbolçu ilə müqavilə imzalayıb
03 İyun 2009 Çərşənbə 14:15
Flaqman Ruslan Əmircanov və Asəf Qədiri ilə bir illik rəsmi müqavilə bağlayıb

"Neftçi" klubu 2 futbolçu ilə müqavilə imzalayıb. Apasport-un xəbərinə görə, paytaxt təmsilçisi Ruslan Əmircanov və Asəf Qədiri ilə bir illik rəsmi müqavilə bağlayıb.

24 yaşlı Ruslan həm müdafiənin, həm də yarımmüdafiənin sağ cinahında çıxış edə bilir. Son iki ili Bakının “Standard” klubunda keçirən Əmircanov buna qədər “Karvan”da, “Ədliyyə”də çıxış edib və ümumilikdə 121 oyunda 1 qola imza atıb.

25 yaşlı Asəf Qədiri isə orta sahə oyunçusudur və Tovuz futbol məktəbinin yetirməsidir. O, indiyədək “Turan”da oynayıb və güclülər dəstəsində 81 oyunda 7 qol vurub. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar