Motokross üzrə Azərbaycan çempionatı start götürür
19 Aprel 2009 Bazar 12:15
Çempionat ilk dəfə 2 mərhələdən ibarət olacaq

Bu gün Sumqayıt şəhərində Motokross üzrə Azərbaycan çempionatının startı veriləcək. Bu dəfəki yarış əvvəlkilərdən fərqlənəcək. Belə ki, bu gün start götürəcək motokross üzrə Azərbaycan çempionatı ilk dəfə olaraq, 2 mərhələdən ibarət olacaq. İlk mərhələdə iştirakçılar Sumqayıt şəhərində yarışacaqlar. Sonra isə Bakının Qaradağ rayonu ərazisində 2-ci mərhələnin yürüşləri olacaq.

Qeyd edək ki, Motokross üzrə Azərbaycan çempionatında ilk olaraq, gənclər mühərrikinin həcmi 125 kub sm olan motosikletlərdə yarışacaqlar. İştirakçılar müəyyən edilimiş ərazidə, maneələri dəf etməklə hamıdan surətli olmağa çalışacaqlar. Böyüklər isə eyni trassda mühərrikin həcmi 2 dəfə artıq olan motolarında bacarıqlarını göstərəcəklər. Gənclər arasında çempionatın qalibləri aprelin ayının son günündə bəlli olacaq. Həmin gün yarışın Qaradağ mərhələsinə yekun vurulacaq. Böyüklər isə may ayında mübarizəyə qoşulacaqlar. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar