Millimiz Dünya Kubokunun qalibi oldu
09 Mart 2009 Bazar Ertəsi 10:00
İranda keçirilən sərbəst güləş üzrə Dünya Kubokunun finalında İran millisinə qalib gələn güləşçilərimiz Dünya Kubokuna sahib olub

 

Azərbaycanın sərbəst güləş üzrə milli komandası İranda keçirilən Dünya Kuboku yarışının qalibi olub. Millimiz 8 komandanın iştirak etiyi Tehran turnirini birinci yerdə başa vurub. Həlledici final görüşündə komandamız İran yığması ilə üz-üzə gəlib. Yarışdan öncə mütəxəssislər millimizlə final mücadiləsində meydan sahiblərini görüşün favoriti sayırdılar. Amma bu baş tutmadı. Əzəmətli Azadi Olimpiya Kompleksinə toplaşmış iranlı güləş həvəskarları da millimizi yenməkdə pəhləvanlarına dəstək ola bilmədilər. Güləşçilərimiz əvvəldən axıradək başa-baş mübarizə apardılar. Zəlimxan Hüseynov, Çamsulvara Çamsulvarayev komandamızın hesabdakı geriləməsini aradan qaldırdılar, Novruz Temrezov isə millimizi hətta hesabda irəli də çıxardı, 3-2. Amma Xetaq Qazyumov minimal hesablı üstünlüyü qoruya bilmədi, 3-3. Final görüşünün qalibi ən ağır çəkili güləşçilərin mübarizəsində məlum oldu. Güləşçimiz Əli İsayev Fardinu Mansumiyə ümid yeri qoymadı. Nəticədə mücadiləni 4-3 hesabıyla qazanan Azərbaycan milli komandası Dünya Kubokunu başı üzərinə qaldıraraq tarixi qələbəyə imza atdı.

Qeyd edək ki, güləşçilərimiz ilk dəfə 2004-cü ildə Azərbaycanda keçirilmiş dünya kuboku uğrunda yarışın qalibi olmuşdu. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar