Millimiz Avropa çempionatına hazırlaşır
13 Mart 2009 Cümə 12:01
Avropa çempionatının əsas seçmə mərhələ oyunlarına hazırlaşan futzal üzrə Azərbaycan milli komandası "Azmetko" klubu ilə yoxlama oyunu keçirib

Portuqaliyanın Vyana do Kaştello şəhərində keçiriləcək Avropa çempionatının əsas seçmə mərhələ oyunlarına hazırlaşan futzal üzrə Azərbaycan milli komandası təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirib. Futzal üzrə Azərbaycan çempionatında çıxış edən "Azmetko" klubu ilə qarşılaşan milli komanda 8:2 hesablı qələbə qazanıb.
Qeyd edək ki, milli komandamız Avropa çempionatının seçmə mərhələsində Polşa, Portuqaliya və Finlandiya milli komandaları ilə bir qrupda mübarizə aparacaq. Avropa birinciliyinin final mərhələsinə yalnız qrup qalibi olacaq komandalar və ən yaxşı nəticə göstərmiş 4 komanda vəsiqə qazanacaq. Avropa çempionatının final mərhələsi isə 2010-cu ildə Macarıstanda keçiriləcək. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar