Milli komandamız Dubaya gedə bilməyəcək
14 İyun 2009 Bazar 09:55
Çimərlik futbolu üzrə millimiz çempionatın final mərhələsində iştirak etmək şansını itirib

 

Çimərlik futbol üzrə Azərbaycan milli komandası Dünya çempionatının final mərhələsində iştirak etməyəcək. Dünya çempionatının seçmə mərhələsinin ¼ finalında İspaniyaya məğlub olan komandamız finala çıxmaq şansını saxlasa da, bu imkandan yararlana bilməyib. 5-ci yer uğrunda matçada İtaliya yığmasına 4-11 hesabı ilə məğlub olan millimiz Dünya çempionatının Dubayda keçiriləcək final mərhələsindən kənarda qalıb./ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar