Milli komandamız Antalyada təlim-məşq toplanışı keçirəcək
13 İyun 2009 Şənbə 12:00
14-25 iyun tarixlərində baş tutacaq Antalya toplanışı Rusiyada keçiriləcək beynəlxalq turnirə hazırlıq xarakteri daşıyır

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 14-25 iyun tarixlərində təşkil olunacaq təlim-məşq toplanışında 18 voleybolçu iştirak edəcək. 

Antalya toplanışından sonra milli komandamız 26 iyun-5 iyul tarixlərində Rusiyanın keçmiş prezidenti B.N.Yeltsenin xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnirdə iştirak etmək üçün Rusiyanın Yekaterinburq şəhərinə yollanacaq.

Qeyd edək ki, Yekaterinburq turnirində Azərbaycanla yanaşı, Belarus, Kuba, Yaponiya, Niderland və Rusiya milli komandaları iştirak edəcək. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar