Məşhur tennisçi Roje Federer evlənib
13 Aprel 2009 Bazar Ertəsi 13:00
Dünya tennisçilərinin reytinq siyahısında 2-ci olan isveçrəli Roje Federer, uzun zamandır nişanlı olduğu slovakiyalı Mirka Vavrineclə ailə həyatı qurub

Dünya tennisçilərinin reytinq siyahısında 2-ci olan isveçrəli Roje Federer, uzun zamandır nişanlı olduğu slovakiyalı Mirka Vavrineclə evləndi. Ailələr arasında keçirilən nigah mərasimi çox sadə keçib. Sidney-2000 Yay Olmpiya oyunlarında tanış olan cütlük, ötən həftə Mirkanın yaxın vaxtlarda ana olacağını açıqlamasından sonra evlənməyə qərar verib.
Roje Federerin şəxsi inter saytından verilən açıqlamada, idmançının İsveçrənin Bazel şəhərində Vavrineclə evləndiyi bildirilib. Federer açıklamasında: ''Bu gün səhər saatlarında bir qrup yaxın dostumun və ailəmin iştirak etiyi mərasimdə Mirka ilə evləndim. Gözəl bir bahar günündə, kefimi açan hadisə oldu'' deyə bildirib.

Qeyd edək ki, Roje Federerin 27, Mirka Vavrinecin isə 30 yaşı var. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar