Məşhur braziliyalı futbolçu Kaka gəzinti zamanı yolunu azdı
11 Avqust 2009 Çərşənbə Axşamı 21:25
Məşhur braziliyalı futbolçu gəzinti zamanı yolunu azdı. Kakanın imdadına yerli polis çatıb

 

Braziliya yığmasının tərkibində Estoniya ilə yoldaşlıq matçının keçiriləcəyi Tallinə gələn dünya futbolunun ulduzu şəhəri gəzərkən azıb. ANS RESS-in “Gazeta.ru”ya istinadən yaydığı xəbərə görə, bu barədə yerli polis orqanları məlumat verib.

Belə ki, Kaka komanda yoldaşları ilə birgə şəhərə gəzməyə çıxıb, lakin dəniz kənarındakı Şəhər xolluna çatan futbolçular azdıqlarını və geri qayıda bilməyəcəklərini anlayıblar. Tanınmış futbolçunun polisə müraciət etməsindən sonra onlar qaldıqları “Radisson” otelinə çatdırılıblar.

Xatırladaq ki, çərşənbə günü “A. Le Coq Arena” stadionunda Estoniya və Braziliya milliləri arasında yoldaşlıq oyunu keçiriləcək. Elə həmin gün Dünya Çempionatının rəsmi oyunları çərçivəsində Azərbaycan yığması Almaniya millisini qəbul edəcək. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar