Məhbuslar futbol oynadılar
16 Sentyabr 2009 Çərşənbə 16:00
İslah-Əmək Müəssisələrinin komandaları arasında turnir keçirilib
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti, AFFA və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə İslah-Əmək Müəssisələrində futbol turniri təşkil olunub.
AFFA-dan verilən məlumata görə, oyunlar 6 saylı İslah-Əmək Müəssisəsində (İƏM) keçirilib. Turnirin finalına 6 saylı İƏM-in «Şəfa» və 15 saylı İƏM-in «Kəpəz» komandası yüksəlib. Qarşılaşma 3:2 hesabı ilə «Şəfa»nın xeyrinə başa çatıb. Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi baş tutub. İştirakçı komandalara AFFA tərəfindən futbol geyim dəstləri və toplar hədiyyə olunub. Turnirin qalibi olan «Şəfa» komandasına kuboku isə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov təqdim edib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar