Məğlubiyyət “Neftçi”nin baş məşqçisini yatağa saldı
16 Sentyabr 2009 Çərşənbə 18:30
Həkimlər Böyükağa Ağayevin istirahətə ehtiyacı olduğunu bildiriblər
Mətbuatda “Neftçi”nin baş məşqçisi Böyükağa Ağayevin vəzifəsindən azad edilməsi və onun yerinə Arif Əsədovun təyin olunması ilə bağlı xəbərlər yayılıb. “Neftçi” PFK isə rəsmi olaraq bu xəbəri təkzib edib. Klubun internet səhifəsində Böyükağa Ağayevin səhhətinin pisləşdiyini və onun həkimə müraciət etdiyi bildirilir.

Həkimlər onun sakitliyə və bir neçə günlük istirahətə ehtiyacı olduğunu bildiriblər. Buna görə də komanda bugünkü məşqə Böyükağa Ağayevin rəhbərliyi altında deyil, baş məşqçinin köməkçiləri Arif Əsədov və İqor Getmanla birlikdə çıxıb.

Qeyd edək ki, “Neftçi” premyer liqanın son turunda “Muğan”a 0:2 hesabı ilə məğlub olmuşdu. Bu məğlubiyyətə dözməyən Böyükağa Ağayevin səhhətində problemlər yaranıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar