Mariya Stadnik Avropa çempionatının finalına yüksəlib
03 Aprel 2009 Cümə 13:45
Güləşçimiz finalda Rumıniya güləşçisi Estera Dobre ilə qarşılaşacaq

Latviyanın paytaxtı Vilnüsdə keçirilən sərbəst güləş üzrə Avropa çempionatında 48 kq çəkidə yarışan Mariya Stadnik finala vəsiqə qazanıb. Güləşçimiz 1/8 finalda rus Liliya Kaskarakovanı, ¼ finalda Ukrayna güləşçisi Mariya Livaçı, yarımfinalda isə polşalı İvona Sadovskanı məğlub edib. Mariya Avropa çempionatının finalında Rumıniya güləşçisi Estera Dobre ilə qarşılaşacaq.

Avropa çempionatında iştirak edən digər güləşçilərimiz isə uğursuz çıxış edib. 55 kq çəkidə yarışan Nadya Qradyuk elə ilk görüşdə çexiyalı Lenka Martinakovaya məğlub olaraq mübarizəni dayandırıb. 63 kq çəkidə mübarizə aparan Olesya Zamula isə 1/8 finalda italyan Mariya Diananı məğlub etsə də ¼ final qarşılaşmasında isveçli Hanna Yohanssona məğlub olub. Digər güləşçimiz 72 kq çəkidə yarışan Dina İvanova da ilk görüşünü qələbə ilə başa vurub. Dina 1/8 finalda belaruslu Natalliya Şınkarovanı məğlub edib. Güləşçimiz 1/4 finalda rusiyalı Alyona Starodubtsevaya məğlub olsa da, rus güləşçi finala yüksəldiyi üçün, Dina İvanova bürünc medal uğrunda mübarizə aparmaq imkanı əldə edib. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar