Maradonanın komandası məğlub oldu
02 Aprel 2009 Cümə Axşamı 13:00
Argentina millisi Dünya çempionatı 2010-un seçmə mərhələsi çərçivəsində Boliviyaya 6-1 hesabı ilə məğlub olub

Əfsanəvi futbolçu Dieqo Armando Maradonanın başçılığı altında keçirdiyi ilk rəsmi matçda Venesuela millisini 4-0 hesabı ilə məğlub edən Argentina milli komandası, Boliviya millisi ilə qarşılaşmada böyük hesabla məğlub olub. Dünya Çempionatı (DÇ) 2010-un Cənubi Amerika seçmələri çərçivəsində səfərdə Boliviya ilə qarşılaşan Argentina millisi 6-1 hesabı ilə məğlub olub. Qarşılaşmanın son 23 dəqiqəsini 10 nəfərlə tamamlayan Argentina millisi böyük hesablı məğlubiyyətdən qurtula bilməyib.

DÇ-2010-un Cənubi Amerika seçmələri çərçivəsində keçirilən digər matçlar

Ekuador – Paraquay 1-1
Çili – Uruquay 0-0
Braziliya – Peru 3-0

/ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar