Maldini "Milan"ı tərk edir
14 İyun 2009 Bazar 13:50
Futbolçu Maldini "Çelsi"də baş məşqçinin köməkçisi postunda çalışacaq

 

İtaliyalı futbolçu Paulo Maldini 24 illik "Milan" karyerasını başa vurur. 2008/09 mövsümündə aktiv futbol həyatını başa vuran və "Milan"ın aşağı yaş komandalarında çalışacağı gözlənilən Maldininin "Çelsi"də baş məşqçinin kömıkçisi postunda çalışacağı bildirlir.

”La Gazzetta Dello Sport”-un xəbərinə görə, İngiltərənin "Çelsi" klubunun baş məşqçisi postuna təyin olununan "Milan"ın keçmiş baş məşqçisi Karlo Ançelotti keçmiş komanda yoldaşı və futbolçusu Paulo Maldinini də "Çelsi"yə aparır.

Hazırda Mayamidə tətildə olan futbolçunun bu məslə ilə bağlı qərarını İtaliyaya geri döndükdən sonra verəcəyi gözlənilir.

Bu iddialar reallaşarsa, Maldininin 24 illik "Milan" karyerası başa çatmış olacaq. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar