Kubokunda 1/4 final revanş matçı
11 Mart 2009 Çərşənbə 13:40
Günün ən maraqlı qarşılaşması isə Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Bakı" səfərdə məğlub etdiyi "Xəzər-Lənkəran"la qarşılaşacaq

 

Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək. İlk matçda səfərdə "Qəbələ" ilə 1-1 heç-heçə oynamış "Olimpik"i Şəfa stadionunda keçiriləcək matçda 0-0 hesablı heç-heçə də qane edir. Öz meydanında "Simurq"u 2-0 hesabı ilə məğlub edən "İnter" Zaqatalada keçiriləcək revanş matçına rahat çıxacaq. Günün ən maraqlı qarşılaşması isə Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. İlk matçda "Xəzər-Lənkəran"ı Lənkəranda məğlub edən "Bak"ı, "Xəzər-Lənkəran" səddini aşmağa çox yaxındır. ¼ final mərhələsinin son matçı isə martın 12-də keçiriləcək. "Neftçi" ilk matçda məğlub olduğu "Qarabağ"ı öz meydanında qəbul edəcək. ¼ final mərhələsi çərçivəsində keçiriləcək matçların başlanma saatını, oyunların keçiriləcəyi stadionları və qarşılaşmaları idarə edəcək hakimləri diqqətinizə çatdırırıq.

11 mart
“Olimpik” – “Qəbələ” (ilk matç 1:1)
Başlanma saatı: 15.00
Stadion: “Şəfa” stadionu
Hakim: Zöhrab Qədiyev

“Simurq” – “İnter” (0:2)
Başlanma saatı: 16.00
Stadion: Zaqatala Olimpiya İdman Kompleksinin stadionu
Hakim: Anar Salmanov


“Bakı” – “Xəzər-Lənkəran” (1:0)
Başlanma saatı: 17.00
Stadion: Tofiq Bəhramov adına Respublika stadionu
Hakim: Fariz Yusifov

12 mart

“Neftçi” – “Qarabağ” (0:1)
Başlanma saatı: 18.00
Stadion: Tofiq Bəhramov adına Respublika stadionu
Hakim: Vüsal Əliyev

Elvin Rəsul/ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar